Süni intellektlə bunu edənlər 7000 manatadək cərimə və 5 ilədək həbs EDİLƏCƏK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma cinayət hesab ediləcək.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi etdirildiyi halda internet nümayiş informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi
Qanun layihəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və prokurorun təşəbbüsü ilə yuxarıda göstərilən cinayətlərə görə də həyata keçiriləcək.
Mövcud qanunvericiliyə görə, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:
törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;
cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;
cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;
cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;
cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə./Trend.Az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Baş nazir Teymur Musayevlə bağlı qərar verdi
-
Paşinyan türkiyəli jurnalistlə ürək işarəsi göstərdi: Tarkanın mahnısını dinlədi - (Video)
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
-
Aslan Fətullayevin dəfn vaxtı və yeri açıqlandı
-
Bu yolda sola dönən sürücülər cərimələnir
XƏBƏR LENTİ
-
Rusiyada polkovnikə qarşı sui-qəsdin detalları - Bomba hava şarı ilə göndərilib
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
Baş nazir Teymur Musayevlə bağlı qərar verdi
-
Təranə-Musa cütlüyünün evi müzakirə yaratdı - (Video)
-
Generalın saxlanılan qızının 3 ay öncəki davası - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
-
Paşinyan türkiyəli jurnalistlə ürək işarəsi göstərdi: Tarkanın mahnısını dinlədi - (Video)
-
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - (Foto)
-
Bakıda yanan 64 yaşlı kişi öldü
-
Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - (Video)
-
Sərxan Kərəmoğlu: "Cənazəmi Azərbaycana gətirən kafirdir, yandırsınlar"
-
"Ərdoğanla çox müsbət görüş keçirdik" - Paşinyan
-
“Fənərbağça” “Real”ın ulduzuna elçi düşdü
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
-
“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı
-
İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
-
Bakıda böyük söküntü: 3500 manat kompensasiya...
-
“Aşk-ı Memnu”nun aktrisası dəyişib belə oldu - (Fotolar)
-
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub - (Foto)
-
“Barselona” stadionunda vəfat edənlərin külü saxlanılacaq
-
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - (Video)
-
Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın sabit dövlətçiliyə keçidinin simvoludur - Sevil Mikayılova
-
Qəza törədib atasının ölümünə səbəb oldu - Məhkəmə qərar verdi





