Türkiyə

Sürücülük vəsiqəsi imtahanında maraqlı anlar - Müasir "şparqalka" - VİDEO

18 Fevral 2022 17:24
0 Şərh     Baxış: 1 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda sürücülük vəsiqəsi imtahanı zamanı inanılmaz hadisə baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, polis imtahanda qanunsuzluğa yol veriləcəyi barədə məlumat əldə edib. İmtahanı yaxından izləyən polis əməkdaşları iki şübhəlini saxlayıb. Axtarışlar zamanı şübhəlilərin tibbi maskasının içində kamera aşkar edilib. Məlum olub ki, onlar maskanın içinə yerləşdirilən kamera vasitəsilə, sualların görüntüsünü binanın yaxınlığındakı avtomobildə gözləyən iki şəxsə ötürüb.

Onlar da sualların cavabını şübhəlilərin qulağına yerləşdirilən cihaz vasitəsilə çatdırıblar. Axtarışlar zamanı həmin elektron cihazlar da müəyyən edilib. İmtahanda iştirak edən şəxslər sərbəst buraxılsa da, kamera və dinləmə sisteminin qurulmasını təmin edərək, cavabların tapılmasına köməklik göstərən digər iki şübhəli saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.