İdman

Rüfət Dadaşov ABŞ-da dubla imza atdı

23 May 2021 20:04
Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb. Millimizin forvardı komandasının qələbəsinə iki qolla töhfə verib. O, 2 və 55-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Futbol üzrə ABŞ birinci liqasında 4-cü turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Las Veqas Layts"la qarşılaşıb. "Finiks Rayzinq" bu oyundan qələbə ilə ayrılıb - 5:1.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb. Millimizin forvardı komandasının qələbəsinə iki qolla töhfə verib. O, 2 və 55-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
 
Dörd oyuna 9 xal toplayan "Finiks Rayzinq" hazırda birinci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.