İdman

Hakimlər mərc oyunlarına milyonlarla pul yatırıblarmış...

22 Noyabr 2025 16:57
Baxış: 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə futbolunda mərc oyunlarına pul qoyuluşu ilə bağlı yaranan böyük qalmaqalda yeni məqamlar üzə çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İqtisadi Cinayətləri Araşdırma Komissiyası (MASAK) 17-sindən səkkizi şübhəli şəxs qismində saxlanılmış futbol hakimlərinin bukmeyker kontorlarına 915 milyon lirə (təxminən 36.7 milyon manat) məbləğində pul qoyduqlarını açıqlayıb.

Xəbərdə bildirilir ki, qanunsuz olaraq mərc oyunlarında iştirak edən bütün referilərlə bağlı ayrı-ayrılıqda araşdırmalar aparılır.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi mərc oyunlarında iştirak edən 100-dən çox hakimi 8-12 ay müddətinə futboldan kənarlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.