"Formula-1" üzrə Çin Qran-prisində sprint yarışın qalibi BİLİNDİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Formula-1" üzrə 2026-cı il mövsümünün Çində keçirilən ikinci mərhələsində sprint yarışı baş tutub. Yarışda Corc Rassell inamlı performansı ilə qalib adını qazanıb.
Milli.Az xəbər verir ki, "Mercedes-AMG Petronas Formula One Team" komandasının 28 yaşlı pilotu sprint təsnifatında əldə etdiyi birincilik sayəsində yarışa ilk pillədən start verib. Start anında liderliyi qısa müddətlik itirsə də, Rassell tezliklə mövqeyini geri qaytararaq finişə qədər üstünlüyünü qoruyub və rəqiblərinə şans tanımayıb.
İkinci yer uğrunda gərgin mübarizədə "Scuderia Ferrari" pilotu Şarl Lekler fərqlənərək finiş xəttini ikinci keçib. Onun komanda yoldaşı, yeddiqat dünya çempionu Lewis Hamilton isə yarışı üçüncü pillədə tamamlayıb.
İlk altılıqda həmçinin Lando Norris ("McLaren"), Andrea Kimi Antonelli ("Mercedes") və Oskar Piastri ("McLaren") qərarlaşıblar. Sprint yarışında xal qazanan son iki pilləni isə Liam Louson ("Racing Bulls") və Oliver Bearman ("Haas F1 Team") tutublar.
Yarışın diqqət çəkən məqamlarından biri isə son illərin dominant pilotlarından biri olan dördqat dünya çempionu Maks Ferstappen ("Red Bull Racing") üçün uğursuz nəticə olub. O, sprinti yalnız doqquzuncu pillədə başa vuraraq xalsız qalıb.
Yarışın ikinci yarısında isə bir neçə texniki problem yaşanıb. "Audi" komandasının pilotu Nico Hülkenberg bolidində yaranan nasazlıq səbəbindən mübarizəni dayandırmalı olub və bu səbəbdən trasa təhlükəsizlik avtomobili çıxarılıb. Bundan əlavə, Arvid Lindblad ("Racing Bulls") və Valtteri Bottas ("Cadillac Formula 1 Team") da mexaniki problemlər üzündən yarışı yarımçıq tərk ediblər.
Qeyd edək ki, əsas yarışın start düzümünü müəyyən edəcək sıralanma turu bu gün Bakı vaxtı ilə saat 11:00-da keçiriləcək.
Tural
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Real” braziliyalı ulduzunu 60 milyona satmağa hazırdır
-
Tanınmış güləşçi vəfat etdi - (Foto)
-
Məşhur İtaliya klubu itlə müqavilə imzaladı
-
"Mançester Yunayted" FIFA-ya şikayət edəcək
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
XƏBƏR LENTİ
-
Bakıda bəy xına məclisinə kosmonavt geyimində gəldi (Video)
-
BDU-nun dosentinin intiharından əvvəl yazdığı məktub üzə çıxdı
-
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
-
Bakıda küləyin sürəti 28 m/san-yə çatacaq - Xəbərdarlıq
-
Tanınmış xanəndənin anası ilə oğlu ilk dəfə efirdə (Video)
-
265 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
-
Ermənistanda dövlət qulluqçularına sosial paket verilməsi dayandırılır
-
Azərbaycanlı aktrisanın qazancı "dodaq uçuqlatdı": 135 min manat...
-
Bəşir Süleymanlıya hökm oxundu - 7 il 6 ay həbs cəzası
-
Baqrat Qalstanyanın ev dustaqlığı uzadıldı
-
Məktəblərdə riyaziyyat fənni yenilənir
-
Avropa Komissiyasına kiberhücum: Şəxsi məlumatlar təhlükə altına düşdü
-
“Real” braziliyalı ulduzunu 60 milyona satmağa hazırdır
-
İranın ağası və... dığası - Yunus Oğuz yazır
-
Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq
-
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alındı
-
Nazilə Səfərli: “Mənə çox ayıb olsun ki, gec tanımışam” (Foto)
-
"İnterturan" mebel mağazası niyə bağlandı?
-
“Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü
-
Bakıya leysan yağacaq - Bu tarixdə
-
53 yaşlı Aişvariya Ray illərə meydan oxuyur – Gözəlliyi diqqət çəkdi - (Video)
-
Məleykə Abbaszadə BDU-da nələri dəyişəcək?
-
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini təqdim edib - (Foto)
-
Pakistanda dəhşətli qəza: Avtobus yanacaq çəni ilə toqquşdu, 10 nəfər öldü





