İdman

Messi 138 milyon avroluq maaşını hara xərcləyir?

27 Mart 2021 12:54
Baxış: 1 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət öncə mediaya sızdırılan məlumatlar əsasında Lionel Messinin "Barselona"da keçirdiyi 4 il ərzində 555 milyon avrodan çox gəlir əldə etdiyi ortaya çıxmışdı. Bəs argentinalı ulduz bu pulu necə və hara xərcləyir?

Milli.Az Offsideplus.az-a istinadən 33 yaşlı hücumçunun  milyonlar üzərində qurduğu lüks həyat tərzini sizlərə təqdim edir.

Messinin Barselona şəhərindəki 5.5 milyon sterlinq dəyərindəki evi kiçik futbol meydançası, hovuz, bağlı idman salonu və 3 uşağı üçün oyun mərkəzindən ibarətdir.
1,5 milyon sterlinq dəyərindəki "Pagani Zonda" markalı avtomobili isə maşın kolleksiyasında ən sevdikləri arasındadır.

Argentinalı ulduz bir yerə getmək üçün tələsirsə, 12 milyon sterlinq dəyərində olan jeti var.

Bundan əlavə, Messi Sitges qəsəbəsində 36 milyon sterlinqlik otelə də sahibdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.