İdman

Millidə yeni baş məşqçi

22 Yanvar 2021 15:34
Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanı bundan sonra Paulo Souza çalışdıracaq. Bu barədə Polşa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Paulo Souza Polşa yığmasında yanvarın 18-də istefaya göndərilmiş Yeji Bjençeki əvəz edib. 50 yaşlı mütəxəssis daha öncə "Bordo", "Fiorentina", "Bazel", "Makkabi" (Təl-Əviv), "Lester", "Suonsi", "Kuinz Park Reyncers" kimi klublarda da baş məşqçi olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.