İdman

Poçettino əvəzləyəcək - Tuxeli

24 Dekabr 2020 19:06
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın PSJ klubunun yeni baş məşqçisi Maurisio Poçettino olacaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Paris təmsilçisinin istefaya göndərilən çalışdırıcısı Tomas Tuxeli argentinalı əvəzləyəcək.

Lakin bunun üçün almaniyalının klubdan ayrılması rəsmiləşməlidir. Hazırda PSJ rəhbərliyi Tuxelin nümayəndələri ilə danışıqlar apararaq müqaviləyə xitam verilməsini müzakirə edir. Əgər radikal dəyişiklik olmasa, Poçettino yaxın müddətdə Fransa klubunun "sükanı arxası"na keçəcək.

Qeyd edək ki, 2019-cu ilin noyabrında İngiltərə "Tottenhem"indən ayrılan Poçettino həmin vaxtdan işsizdir. Onun adı dəfələrlə müxtəlif klublarla yanaşı hallanıb. Baş məşqçisini istefaya göndərən və ya bunun baş verəcəyi gözlənilən klublarla  bağlı məhz argentinalının adı gündəmə gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.