İdman

“Sanki narkozdan təzə ayılmışam” - Maksim Medvedev

30 Noyabr 2020 14:46
Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vəziyyətim artıq yaxşıdır, özümü pis hiss etmirəm.

Milli.Az bildirir ki, bunu apasport.az saytına Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Maksim Medvedev deyib.

Yığmanın düşərgəsində olarkən koronavirusa yoluxan və bu üzdən Lüksemburqda qalan 31 yaşlı müdafiəçi artıq otaqdan çıxa bildiyini söyləyib: "Yavaş-yavaş hər şey qaydasına düşür. 3-4 gündür ki, özümü yaxşı hiss edirəm. Artıq otaqdan çıxmağa da icazə verirlər. Çıxıb bir az gəzirəm. Təbii ki, 11 gün otaqda qaldıqdan sonra anidən çölə çıxmaq çətindir. Bir az başım gicəllənir, havada çox qala bilmirəm. Sanki narkozdan təzə ayılmışam".

Medvedev bu gün yenidən test verəcəyini və Azərbaycana qayıdıb-qayıtmayacağının bundan asılı olacağını vurğulayıb: "Yavaş-yavaş məşqə başlamışam. Sadəcə testlərimin nəticəsi pozitiv çıxdığı üçün buranı tərk edə bilmirəm. Buna görə hava limanına getməyə icazə yoxdur. Bu gün yenidən test verəcəyəm və sabah nəticəsi bəlli olacaq. Bunun nəticəsinə uyğun qərar veriləcək".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.