İdman

ÇL-da qrup mərhələsinin son iştirakçıları müəyyənləşir

30 Sentyabr 2020 12:47
Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin son oyunları keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündəki 3 qarşılaşmanın ardından Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

PAOK səfərdə 1:2 hesabı ilə uduzduğu Rusiya "Krasnodar"ını qəbul edəcək.

İlk görüşdə bu hesabla qələbə qazanmış "Zaltsburq" Avstriyada İsrailin "Makkabi" (Təl-Əviv) komandasını sınağa çəkəcək.

"Midtüllann" isə Çexiyada qolsuz heç-heçə etdiyi "Slaviya" ilə Danimarkada üz-üzə gələcək.

Qalib komandalar yollarına Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının qrup mərhələsində davam edəcəklər. 

UEFA Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları

30 sentyabr

23:00. PAOK (Yunanıstan) - "Krasnodar" (Rusiya)
İlk oyun - 1:2

23:00. "Zaltsburq" (Avstriya) - "Makkabi" (Təl-Əviv, İsrail)
İlk oyun - 2:1

23:00. "Midtüllann" (Danimarka) - "Slaviya" (Praqa, Çexiya)
İlk oyun - 0:0

Qeyd edək ki, ilk oyun günündə Ukraynanın "Dinamo" (Kiyev), Macarıstanın "Ferentsvaroş" və Yunanıstanın "Olimpiakos" komandaları qrup mərhələsinə vəsiqə əldə edib. Belçikanın "Gent", Norveçin "Molde" və Kiprin "Omoniya" klubları isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.