İdman

"Atletiko" birini aldı, birini göndərdi - FOTO

20 Avqust 2020 22:11
Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atletiko" yeni qapıçı alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi Zaqreb "Lokomotiv"indən İvo Qrbiçi transfer edib. Xorvatiyalı qolkiperlə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

"Hayduk"un yetirməsi olan 24 yaşlı qapıçı ötən mövsüm "Lokomotiv"in heyətində 35 oyunda meydana çıxıb və 35 qol buraxıb.

"Atletiko" eyni zamanda, qapıçısı Antonio Adanla yolları ayırdığını da açıqlayıb. 2018-ci ildən paytaxt klubunda çıxış edən 33 yaşlı qapıçı bu müddətdə cəmi 8 oyunda iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.