İngiltərə futbolçusu Eşli Yanq "Mançester Yunayted"dən İtaliyanın "İnter" klubuna keçib.
Milli.Az Trend-ə istinadən bildirir ki, E.Yanqın "İnter" lə müqaviləsi 30 iyun 2020-ci ilə qədər nəzərdə tutulub. Transferin qiyməti 1,5 milyon avro təşkil edib.
34 yaşlı müdafiəçi İtaliya klubunda 15 nömrəli forma ilə çıxış edəcək.
Milli.Az