Eşli Yanq "İnter"in futbolçusu olub

18 Yanvar 2020 07:45

İngiltərə futbolçusu Eşli Yanq "Mançester Yunayted"dən İtaliyanın "İnter" klubuna keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, E.Yanqın "İnter" lə müqaviləsi 30 iyun 2020-ci ilə qədər nəzərdə tutulub. Transferin qiyməti 1,5 milyon avro təşkil edib.

34 yaşlı müdafiəçi İtaliya klubunda 15 nömrəli forma ilə çıxış edəcək.

Milli.Az