İdman

"Yuventus"dan 35 milyonluq transfer

1 Yanvar 2020 16:49
0 Şərh     Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qoca sinyora" müqavilə ilə "Atalanta"ya məxsus olan Deyan Kuluşevskini transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, "Yuventus"un 19 yaşlı isveçli üçün 35 milyon avro təklif etdiyi və "Atalanta"nın da "hə" dediyi bildirilir. Kuluşevskinin yaxın zamanda "Yuventus" forması geyinəcəyi gözlənilir.

Bu mövsüm Parma ilə 19 oyuna çıxan yarımmüdafiəçi, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Kuluşevski İsveç millisinin də üzvüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.