İdman

"Fənərbağça"nın yeni baş məşqçisi bəlli oldu

8 Sentyabr 2025 16:44
Baxış: 855
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Fənərbağça" klubunun yeni baş məşqçisinin kimliyi bəlli olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Domeniko Tedesko çalışdıracaq. Bu barədə "DHA" agentliyi xəbər yayıb.

Əvvəllər "Fənərbağça"nın sükanı arxasına İsmail Kartalın keçəcəyi gözlənilsə də, sonda prezident Ali Koçun seçimi əcnəbi mütəxəssisdən yana olub.

Qeyd edək ki, almaniyalı məşqçi son olaraq Belçika millisini çalışdırıb və yanvar ayından etibarən işsiz idi. Tedesko karyerası ərzində "Şalke", "Leyptsiq" və Moskva "Spartak"ında da baş məşqçi olub.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.