Ukrayna Futbol Federasiyasının prezidenti, əfsanəvi futbolçu Andrey Şevçenko Bakıya səfərə gəlib.
Milli.Az xəbər verir ki, o, bu gün Təhsil naziri Emin Əmrullayev və AFFA prezidenti Rövşən Nəcəflə birgə Bakıda "FIFA Arena" layihəsi çərçivəsində 247 nömrəli məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimində iştirak edib.
A.Şevçenko sabah Bakıda keçiriləcək DÇ-2026-nın Azərbaycan - Ukrayna oyununu izləyəcək.
Milli.Az