Səkkizmərtəbəli bina nəhəng yolun ortasında tək qaldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin Quançjou şəhərində yerləşən səkkizmərtəbəli yaşayış binası mülk sahiblərinin köçürülmə tələblərini rədd etməsi nəticəsində inşa edilən nəhəng estakadanın (üst keçidin) tam ortasında qalıb.
Milli.Az xəbər verir ki, Quançjou şəhərinin Haicu bölgəsində yerləşən bu bina ətrafını dövrə vuran nəhəng yol ötürücüsü ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkir. "Yongxing Jie, nömrə 28" ünvanında yerləşən tikili şəhərsalma layihəsinə müqavimət göstərən mülk sahibləri səbəbindən yolun binanın ətrafından dolanması nəticəsində qeyri-adi bir memarlıq mənzərəsinə bürünüb.
Bölgədəki yol tikintisi işləri çərçivəsində 2008-ci ildə sökülmə qərarı verilən binaların sakinləri ilə podratçı şirkətlər arasında danışıqlar başlanmışdı. Sakinlərin böyük bir hissəsi təklif olunan təzminatları qəbul edərək köçsə də, sözügedən sarı binada yaşayan üç sakin şərtləri yetərsiz hesab edərək evi tərk etməkdən imtina etdilər.
İnkişaf etdiricilər və mülk sahibləri arasında ortaq məxrəc tapılmadığına görə tikinti planında dəyişiklik edilib. 2015-ci ildə açılışı edilən "Zhoutouzui" tuneli və ona birləşən yollar binanın ətrafından dolanacaq şəkildə inşa edilib.
Sözügedən tikili həmin tarixdən bəri infrastruktur layihələrinə qarşı nümayiş etdirilən ən diqqətçəkən mülkiyyət müqavimətlərindən biri kimi xarakterizə olunur. Hazırda bina magistral yolun ortasında sanki bir "ada" kimi dayanır və hər gün minlərlə sürücü bu qeyri-adi mənzərənin şahidi olur.
Çində bu cür binalara "Dingzihu" deyilir. Bu termin, ətrafındakı hər şey sökülsə də, taxtadan çıxmayan və sökülməsi çətin olan köhnə bir mıxı simvolizə edir. Bu hallar Çində mülkiyyət hüququ ilə dövlət inkişafı arasındakı gərginliyin ən bariz nümunəsidir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
XƏBƏR LENTİ
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib





