Türk musiqisinin əfsanəvi səsi İbrahim Tatlısəs səhnədə olması qədər həyat hekayəsi ilə də hər zaman diqqət mərkəzində olub.
Milli.Az xəbər verir ki, milyonların "İmperator" kimi tanıdığı Tatlısəsin əsl adını bilirdinizmi?
Sənətkar səhnəyə çıxdığı ilk andan təkcə özünəməxsus səsi ilə deyil, həm də seçdiyi səhnə adı ilə də xalqın yaddaşına həkk olunub.
Məlum olub ki, hamımızın "İbrahim Tatlısəs" kimi tanıdığı sənətkarın əslində başqa soyadı var. Milyonların tanıdığı məşhur sənətçinin əsl adı əslində "İbrahim Tatlı"dır. "Tatlısəs" soyadı doğum adı deyil, sonradan qəbul edilmiş addır.
İbrahim Tatlısəs musiqi karyerasına başlayanda özünü daha diqqət çəkən bir şəxsiyyətlə təqdim etmək istəyib və bu səbəbdən soyadını "Tatlı"dan "Tatlısəs"ə dəyişib.
Fidan
Milli.Az