Hadisə

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı - VİDEO

8 Sentyabr 2025 19:35
Baxış: 619
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, qəza səbəbindən 1 ədəd svetofor obyekti yararsız vəziyyətə düşüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.