Türkiyə

“Duty Free”dən oğurluq edib Bakıya qaçmaq istədilər - belə ələ keçdilər

8 Sentyabr 2025 20:27
Baxış: 1 022
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Sabiha Gökçen Hava Limanında "Duty Free"dən oğurluq edən şəxslər təyyarədə saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sərnişinlər oğurluq etdikdən sonra "AJet" reysi ilə Bakıya uçmaq üçün təyyarəyə miniblər.

Mağaza işçilərinin sayıqlığı sayəsində qısa müddətdə polis və təyyarə ekipajına məlumat verilib.

Aparılan axtarış zamanı oğurlanmış əşyalar həmin şəxslərin üzərindən tapılıb.

Qeyd edək ki, həmin sərnişinlərin milliyyəti açıqlanmayıb.

İnsidentlə əlaqədar uçuş reysində qısa gecikmə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.