Ermənistan

Karapetyan həbsdə qaldı

8 Sentyabr 2025 18:46
Baxış: 362
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyalı iş adamı Samvel Karapetyanın həbs müddəti uzadılıb.

Milli.Az xəbər verir ki, bu barədə TASS biznesmenin vəkili Aram Vardevanyana istinadən məlumat yayıb.

"Məhkəmə bizim vəsatətimizi təmin etməyib və Samvel Karapetyanı həbsdə qoyub", - vəkil bildirib.

Xatırladaq ki, Ermənistan Daxili İşlər Nazirliyi "Taşir" Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı cari ilin iyunun 17-də saxlayıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Bu zaman onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Onu da bildirək ki, Azərbaycan 2021-ci ildə Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında S.Karapetyan da olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.