Rusiya

Rusiyada daha bir azərbaycanlı saxlanıldı

8 Sentyabr 2025 12:45
Baxış: 1 021
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb. 

Milli.Az xəbər verir ki, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə bir sıra təxribat aktları hazırlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşının saxlanılması barədə məlumat yayılıb.

İddialara əsasən, Azərbaycan vətəndaşı Yessentuki və Stavropol şəhərlərində nəqliyyat infrastrukturu və inzibati binalarla bağlı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olub. Onun Ukrayna tərəfi ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Faktla bağlı UFSB-nin Stavropol diyarı üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 30-cu maddəsi, 205-ci (terror aktına hazırlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.