CHP İstanbul İl Baş Qərargahı qarşısında baş verən hadisələrdən sonra Türkiyədə ən çox istifadə edilən sosial media platformalarına giriş məhdudlaşdırılıb.
Milli.Az xəbər verir ki, İstanbul Valiliyinin qərarına əsasən, sentyabrın 10-u saat 23:59-a qədər şəhərin 6 rayonunda mətbuat konfransları, mitinqlər, yürüşlər və digər tədbirlər qadağan edilib. Qərargah ətrafında çevik polis qüvvələri mühasirə yaradıb və bəzi yerlərdə qarşıdurmalar baş verib.
Hadisələrdən sonra bir çox istifadəçi "X", "Instagram", "YouTube" və "TikTok"a daxil olmaqda çətinlik çəkib. Həmçinin "WhatsApp" və "Telegram" xidmətlərində də bəzi problemlər müşahidə olunub.
Sosial media platformalarından, eləcə də rəsmi qurumlardan məsələ ilə bağlı hələ açıqlama verilməyib.
Fidan
Milli.Az