Dünya

Roman Abramoviçə qarşı cinayət işi açıldı

8 Sentyabr 2025 13:00
Baxış: 800
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyaya məxsus olan Cersi adasının rəhbərliyi rusiyalı milyarder Roman Abramoviçi korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilərək ona qarşı cinayət işi açıb.

Milli.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Məhkəmə sənədlərində göstərildiyi kimi, Cersi müstəntiqləri Roman Abramoviçin topladığı sərvətinin mənbələrini öyrənmək istəyirlər. Bunun üçün onlar, xüsusən də rusiyalı iş adamı ilə əlaqəli şirkətlərlə bağlı İsveçrə məhkəmələrinə bir neçə dəfə müraciət edib, bu şirkətlərin İsveçrədəki bank hesabları ilə bağlı sənədlərin verilməsini tələb ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.