Ölkə

Santuş AFFA-dan nə qədər təzminat alacaq?

8 Sentyabr 2025 15:16
Baxış: 813
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.

Milli.Az xəbər verir ki, portuqaliyalının AFFA-dan nə qədər təzminat alması isə azarkeşlərdə böyük maraq doğuran məsələlərdəndir. 

AFFA hələ Fernandu Santuşla müqavilə imzalaynda müqavilə üzrə maddi məsələləri gizli saxlamışdı və baş məşqçinin nə qədər maaş alacağı ictimaiyyətə açıqlanmamışdı.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Fernandu Santuşun millidəki illik maaşı 1,5 milyon avro təşkil edib. Bundan əlavə portuqaliyalının bir sıra xərcləri -  ev kirayəsi, avtomobil icarəsi, ölkəsinə gediş-gəliş bileti üçün ödənişlər də AFFA tərəfindən qarşılanıb.

Rəsmi müqaviləyə əsasən Fernandu Santuşun hələ AFFA-ilə 2+1 il şərtilə müqavilə mövcud idi. Bu məsələni irəli sürən  Fernandu Santuş AFFA-dan 4,5 milyon manat təzminat tələb edib. 

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.