Avto

Maşın satanların diqqətinə! - Yeni dələduzluq növü yayılıb

8 Sentyabr 2025 15:55
Baxış: 5 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda avtomobil alışı ilə bağlı yeni dələduzluq növü yayılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə maşını "generalnaya doverennost"la alan şəxslər bir neçə saat sonra həmin şəxsə zəng edərək müxtəlif bəhanələrlə avtomobili qaytarmaq istədiklərini deyirlər. Əks halda onlar həmin şəxsin "başına oyun açacaqlarını" bildirərək təhdid edirlər.

Bu barədə iddialar artıq bir neçənci dəfədir ki, sosial şəbəkələrdə səsləndirilir. Satıcılar bildirir ki, onlar bu müddət ərzində maşının orijinal ehtiyat hissələrini dəyişdirirlər.

Ekspertler bu kimi halların yaşanmaması üçün avtomobilləri alqı-satqı müqaviləsi ilə alıb-satmağı tövsiyyə edir.

İslam
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.