2026-cı il Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsində Türkiyə ilə İspaniya arasında baş tutan görüşdə maraqlı an yaşanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçularla birlikdə meydana çıxarılan uşaqlardan biri tribunaların və kameraların qarşısında əl işarəsi ilə "Boz Qurd" simvolunu göstərib. Bu görüntü həm stadiondakı azarkeşlər, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Hadisə qısa zamanda sosial mediada geniş müzakirələr doğurub.
Xatırladaq ki, qarşılaşma Konya MEDAŞ Böyükşəhər Stadionunda keçirilib və Türkiyə millisi 2026-cı il Dünya Kubokuna vəsiqə qazanmaq üçün mübarizəsini davam etdirir.
Hüseyn
Milli.Az