Maraqlı

Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar

26 Sentyabr 2026 04:04
Baxış: 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir".

Milli.Az xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib.

Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:

"Şorbanın temperaturu və buxarı burun tutulmasını da yüngülləşdirir. Həmçinin bu dövrdə düyü, kartof, tərəvəzlər və yumurta kimi yüngül qidalar orqanizm üçün xüsusilə faydalıdır".

Dietoloq kəskin respirator virus infeksiyaları zamanı rasiona yulaf sıyığı, banan, kreker, alma püresi və yoqurt əlavə etməyi məsləhət görür.

"Tez sağalmaq üçün zəruri olan C vitaminini isə apelsin, kivi, çiyələk, yemiş, pomidor, brokkoli, gül kələmi və şirin bibərdən almaq mümkündür", - deyə o, əlavə edib.

Mütəxəssisin sözlərinə görə, xəstəlik müddətində energetik içkilər, qəhvə, tünd qara çay, spirtli və qazlı içkilərdən uzaq durmaq lazımdır. Şirniyyat və acı yeməklərin də qəbulu məhdudlaşdırılmalıdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.