İzmirdə polis idarəsinə hücum edən 16 yaşlı şəxsin valideynləri hər şeyi açıqladı: Son vaxtlar… - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
23:49
İzmirin Balçova rayonundakı Salih İşgören Polis Mərkəzinə silahlı hücum edilib. Hadisə nəticəsində 2 polis şəhid olub, 1-i ağır olmaqla 2 polis yaralanıb. Hücumu həyata keçirən şəxsin 16 yaşlı gənc olduğu açıqlanıb.
Türkiyəni yasa boğan hadisədən sonra silahlı hücumu törədən gəncin ailəsi çətin anlar yaşadıqlarını etiraf edib:
"Kim istəyər ki, övladı belə bir şey etsin? Son vaxtlar fərqli saytlara girirdi. Anası onu qorxutmuşdu, 'Səni polisə verəcəyəm' demişdi. Son günlər hamımıza 'Siz kafirsiniz' deyirdi. Daim namaz qılırdı. Normalda çox sakit bir uşaq idi. Bunu etməsi bizi şoka saldı. Kaş ki, girdiyi saytları polisə bildirsəydik. Telefonu araşdırılsın, kimlərlə əlaqədə olduğu ortaya çıxacaq," - deyə ailə açıqlama verib.
İzmir Valisi Süleyman Elban isə belə məlumat verib:
"Hadisə çox sıx bir küçədə baş verib. Çatışmada 1 vətəndaş da əlindən yüngül yaralanıb. Hadisəni hərtərəfli araşdırırıq. Hücumçu 16 yaşlı məktəbli və eyni küçədə yaşayan bir gəncdir. İndiyədək heç bir cinayət qeydi olmayıb. Yolda çoxlu sayda pompalı tüfəng gilizləri tapılıb. İstifadə olunan silah atasının 10 il əvvəl aldığı pompalı tüfəng olub."
Lalə Qüdrətova
Milli.Az
----------
12:23
Xəbər verdiyimiz kimi, İzmirdə polis bölməsinə silahlı basqın edilib. Hadisə zamanı 2 polis şəhid olub, 1 polis əməkdaşı isə ağır yaralanıb. Hücumun 16 yaşlı gənc tərəfindən törədildiyi bildirilib.
Milli.Az xəbər verir ki, hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib. Məlumata görə, ov tüfəngi ilə silahlanmış 16 yaşlı gənc hələ məlum olmayan səbəbdən polis bölməsinə basqın edib.
Səlahiyyətlilər hücumun arxasındakı motivləri və təcavüzkarın əlaqələrini üzə çıxarmaq üçün hərtərəfli araşdırma aparır.
Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bu barədə sosial mediada paylaşım edib:
"Millətimizə başsağlığı verirəm. İzmir Balçova Saleh İşgören Polis İdarəsinə silahlı hücum oldu. Təəssüflər olsun ki, bu vəhşi hücum nəticəsində 1-ci dərəcəli polis rəisimiz, polis baş müfəttişimiz Muhsin Aydemir və polis məmurumuz Hasan Akıncı şəhid oldu və polis məmuru Murat Dağlıya Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirəm. Hadisə ilə bağlı araşdırma başlanılıb" .
16 yaşlı hücumçunun fotosunu sizə təqdim edirik:
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
XƏBƏR LENTİ
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)





