Dünya

Trampdan HƏMAS-a ciddi xəbərdarlıq

8 Sentyabr 2025 13:26
Baxış: 408
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatından Qəzza zolağında münaqişənin həlli ilə bağlı onun şərtlərini qəbul etməyi tələb edib və bunun son xəbərdarlıq olduğunu vurğulayıb.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" platformasında yazıb.

"Hamı girovların evə qayıtmasını istəyir. Hamı bu müharibənin bitməsini istəyir! İsraillilər mənim şərtlərimi qəbul ediblər. İndi isə HƏMAS-ın da qəbul etmə vaxtıdır. Mən HƏMAS-ı bu şərtləri qəbul etmədiyi təqdirdə nəticələr barədə xəbərdar etmişəm. Bu mənim son xəbərdarlığımdır, bundan sonra başqa xəbərdarlıq olmayacaq!" - Tramp qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.