Hadisə

TIR magistralda əks yola çıxıb obyektə girdi - VİDEO

8 Sentyabr 2025 14:48
Baxış: 659
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı-Qazax magistralında Türkiyəyə məxsus TIR qəza törədib.

Milli.Az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə dünən saat 16:30 radələrində yolun 312-ci kilometrliyində, Goranboy rayonu ərazisində qeydə alınıb.

İlkin araşdırmalara əsasən, "Mercedes" markalı yük avtomobilinin sükanı arxasında olan 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətini itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi uzun məsafələrə səfərə çıxan sürücülərə yenidən müraciət edərək diqqətə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq istirahət etmək, səhhətə diqqət yetirmək, hərəkət zamanı isə fasilələrlə dincəlmək həyati zərurətdir. Yorğun, diqqətsiz və hazırlıqsız halda sükan arxasına əyləşmək qəza riskini dəfələrlə artırır. Sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və diqqətin yalnız yola yönəldilməsi yol-nəqliyyat hadisələrinin qarşısını almağın əsas şərtlərindəndir", - məlumatda vurğulanıb.

Qəza anının görüntülərini təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.