Yerusəlimin Ramot bölgəsində terror aktı törədilib.
Milli.Az xəbər verir ki, naməlum şəxslərin avtobusa atəş açması nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
İsrail təhlükəsizlik qüvvələri 2 şübhəli hücumçunu öldürüb.
İlkin məlumata görə, silahlı şəxslər avtobusa daxil olub və sərnişinlərə atəş açmağa başlayıblar.
Milli.Az