Dünya

NATO buna etiraz edir

8 Sentyabr 2025 17:50
Baxış: 340
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

NATO ölkələri Rusiyanın Polşa və Litva sərhədləri yaxınlığında planlaşdırdığı "Zapad-2025" hərbi təlimlərinə cavab verəcəklərini bildiriblər.

Milli.Az xəbər verir ki, sentyabrın 12-dən 16-dək keçiriləcək Rusiya-Belarus birgə təlimləri Moskvanın NATO ilə mümkün qarşıdurmaya hazırlaşdığını göstərir.

Litvanın müdafiə nazirinin müavini Tomas Qodlyauskas deyib ki, NATO və Aİ sərhədləri yaxınlığındakı bu cür təlimlər ciddi şəkildə izləniləcək. O bildirib ki, Litva və müttəfiqləri hazır vəziyyətdədir.

Polşanın Baş naziri Donald Tusk isə "Zapad-2025"i Polşaya mümkün hücumun ssenarisi kimi qiymətləndirib və Belarusa qarşı xüsusi tədbirlərin görüləcəyini açıqlayıb.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.