Sərnişin soyunub təyyarədən tullanmağa cəhd etdi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vyetnamdan Taylanda uçan "AirAsia" aviaşirkətinə məxsus sərnişin təyyarəsində qorxu dolu anlar yaşanıb.
Milli.Az xəbər verir ki, uçuş zamanı rusiyalı bir sərnişin alt paltarına qədər soyunub və təyyarədən tullanmağa çalışıb.
Hadisə nəticəsində ekipaj təhlükəsizlik məqsədilə təyyarəni Banqkoka təcili endirmək məcburiyyətində qalıb. Lakin insident bununla bitməyib.
Digər sərnişinlər tərəfindən lentə alınan görüntülərdə kişinin yalnız qara alt paltarında salon boyu gəzdiyi, yüksək səslə qışqırdığı və stüardessalara "Mənə toxunmayın!" deyə bağırdığı görünür. O, daha sonra təyyarənin çıxış qapısının açılmasını tələb edərək, kobud ifadələr işlədib və rus dilində "Bizi burada ölməyə qoymaq istəyirlər?" deyə qışqırıb.
Gərginlik artdıqdan sonra "AirAsia" reysi təhlükəsizlik səbəbi ilə Banqkoka yönləndirilib. Təyyarə "Don Mueang" hava limanına endikdən sonra isə sərnişin nəzarəti tamamilə itirib. Təhlükəsizlik pilləkənləri açılmamışdan əvvəl o, qapını zorla açaraq, uçuş-enmə zolağına tullanıb.
Nəticədə kişi ayağından xəsarət alıb və hadisə yerinə cəlb olunan Tayland polisi tərəfindən saxlanılıb. Hazırda onun vəziyyəti tibbi nəzarət altındadır.
Bildirilir ki, sərnişin uçuşun əvvəlindən etibarən qeyri-adekvat və nizamsız davranışlar sərgiləyib. O, stüardessalarla mübahisə edib, hətta onları fiziki qarşıdurmaya çağırıb.
Şahidlərin sözlərinə görə, hadisədən əvvəl sərnişin başqa bir kişi ilə mübahisə edib, tez-tez tualetə gedib və son dərəcə gərgin vəziyyətdə olub. Digər sərnişinlər onu sakitləşdirməyə çalışsa da, bu mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
XƏBƏR LENTİ
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir





