İqtisadiyyat

Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)

28 Sentyabr 2026 22:16
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Əmlak bazarında qiymətlərin yenidən artacağı gözlənilir. Hətta, bəzi əmlak növlərində bu özünü daha çox biruzə verəcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Ekspert bildirib ki, kredit imkanlarının genişlənməsi daşınmaz əmlaka tələbi artıra bilər. Tələb yüksələrsə, bu, qiymətlərə də əlavə təzyiq yaradacaq. Xüsusilə torpaq və bünövrədən alınan ev seqmentlərində bunu daha aydın görmək olacaq.

Sədr bildirib ki, daşınmaz əmlak bazarında qiymətə təsir göstərən amillər çoxdur. Əsas məsələ pulun iqtisadiyyata hansı sürətlə daxil olması, kreditləşmənin genişlənməsi, əhalinin alıcılıq qabiliyyəti və yeni təklifin tələbi nə dərəcədə qarşılamasıdır. Kredit faizləri, ipoteka tələbi, əhalinin gəlirləri və mənzil bazarındakı təklif də əsas amillərdir.

Vüqar Oruc əlavə edib ki, bu ilin II rübündə mənzil bazarında qiymətlər illik müqayisədə 8,5 faiz, ilkin mənzil bazarında isə 11,0 faiz artıb. Yəni bazarda qiymət artımı artıq mövcuddur və şərtlərin yumşalması bu tendensiyanı əlavə olaraq dəstəkləyəcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.