Cəmiyyət

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Dəhşətli soyuqlar gəlir: hava kəskin DƏYİŞƏCƏK

1 Fevral 2026 11:45
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) İstanbul və ümumilikdə Mərmərə bölgəsində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Milli.Az "Musavat.com"a istinadla xəbər verir ki, fevralın 2-dən etibarən havanın temperaturu 5 dərəcədən aşağı düşəcək, bölgədə şiddətli yağış və fırtına gözlənilir. Bu durum fevralın 4-dək davam edə bilər.

Açıqlamada deyilir:

"İstanbul başda olmaqla Mərmərə bölgəsində bu gündən etibarən fasilələrlə yağışlar, bəzi yerlərdə isə fırtına ilə müşayiət olunan güclü yağışlar gözlənilir. Bazar ertəsindən etibarən bölgəyə daxil olacaq soyuq hava kütləsi ilə temperaturun kəskin enəcəyi proqnozlaşdırılır. Xüsusilə Silivri, Çatalca, Arnavutköy, Böyükçekmece və Başakşehir kimi qərb rayonlarında yağıntıların sulu qar və qara keçəcəyi ehtimal edilir".

İstanbul valiliyi də sosial media hesabında Meteorologiya Baş İdarəsinin 4 günlük hava proqnozunu paylaşaraq bazar günündən etibarən temperaturun azalacağına diqqət çəkib.

Vətəndaşların mümkün fəsadlara qarşı tədbirli olmaları tövsiyə edilir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.