Beşbarmaqda qədim karvansaray aşkarlandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beşbarmaqda qədim karvansaray aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin "Mədəni İrsin Qorunması və İnkişafı" şöbəsinin müdiri Elşən Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu kəşf ölkə üçün elmi baxımdan əhəmiyyətlidir və gələcək tədqiqatlara zəmin yaradır:
"Ərazidə 2026-cı ildə də qazıntıların davam edəcəyi gözlənilir".
"Beşbarmaq arxeoloji ekspedisiyası"nın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun "İlk Tunc dövrü arxeologiyası" şöbəsinin müdiri Səfər Aşurov isə bildirib ki, Beşbarmaq qalasının ikinci terrasındakı qazıntılar bu sahədə də İlk tunc dövrü - Kür-Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiq edib.
S.Aşurov uzun axtarışlardan sonra nəhayət orta əsr səyyahlarının haqqında məlumat verdikləri karvansarayın yerinin müəyyən edilməsini böyük uğur adlandırıb:
"İlkin qazıntılarla karvansarayın strukturu müəyyən edilib, çoxsaylı maddi mədəniyyət qalıqları tapılıb. Tikilinin plan quruluşunun XVII əsr səyyahı Adam Olearinin təsviri ilə üst-üstə düşməsi, həmçinin numizmatik materiallar, qəlyan ucluqları və məhək daşının əldə edilməsi buranın məhz karvansaray olduğunu bir daha təsdiq edir".
Qeyd edək ki, XX əsrin 20-ci illərində sovet alimi Yevgeni Aleksandroviç Paxomov son dəfə bu karvansarayın qalıqları barədə məlumat verib. Sonrakı tədqiqatlar zamanı isə onun yerini tapa bilməyiblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli Sərəncamı ilə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb. Qoruğun ərazisi Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
XƏBƏR LENTİ
-
Dişləri saraldan qidalar
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Romantik axşam üçün sevgi dolu 5 maraqlı film
-
Günün qoroskopu: Hər bir qərarı çox ehtiyatla verin
-
"Barselona" - "Real": hansı kanallarda?
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas
-
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
-
Deputat oğlunun qətlə yetirilən Ceyhunla gizli keçmişi: "Qara biznes" və ortaq foto üzə çıxdı
-
Tramp: İrana qarşı hərbi əməliyyat keçirə bilərik
-
Deputatın oğlu barəsində dörd aylıq həbs qərarı verildi - Yenilənib - (Video)





