Cəmiyyət

Zirəddindən İranla bağlı proqnoz: Apreldə

29 Yanvar 2026 21:48
Baxış: 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda baş verən hadisələrlə bağlı sizin sayta öncədən proqnoz vermişdik. Çox təəssüf ki, özünü doğrultdu. İranda baş verən daxili qarışıqlığın səbəbi isə Qərb və İngiltərədir. Dünya iqtisadiyyatı onların idarəçiliyində olduğu üçün çox təəssüf ki, İrandakı vəziyyəti idarə edə bilirlər.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

"Qərbin bu kimi iqtisadi silahlardan sabah kimlərə qarşı istifadə edəcəyi də sual altındadır. Bu gün İran, sabah da başqası.

Düşünürəm ki, İran üçün yaz, yayın əvvəlləri, həmçinin aprel ayı təhlükəli və uğursuzdur.

2026-2027-ci illərdə İranda hazırkı hakimiyyət böyük ehtimalla devriləcək. Bu da yay və payız aylarına təsadüf etməlidir. İran üçün sentyabr ayı, o cümlədən 17 rəqəmi daha aktiv tarixi cəhətdən önəmli ay və rəqəmdir.

İranın ali dini lideri Ayətullah Əli Xameneiyə gəldikdə isə öz xalqı istisna olmaqla, ona qarşı heç bir təhlükə görmürəm", - deyə ekstrasens qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.