İdman

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

23 Avqust 2025 19:12
Baxış: 506
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb.

Milli.Az xəbər verir ki, Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyevin "Report"a verdiyi məlumata görə, qarşılaşmaya 30 minə yaxın bilet satılıb.

Yaxın müddət ərzində biletlərin tükənməsi istisna edilmir.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıblar - 3:1.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.