İdman

Okan Buruk və Mourinyo cəzalandırıldı

28 Fevral 2025 00:08
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray" və "Fənərbağça" klublarının baş məşqçilərini cəzalandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Okan Buruk və Joze Mourinyo Türkiyə Superliqasının XXIV turu çərçivəsində baş tutmuş İstanbul derbisindəki davranışlarına görə cəza alıblar.

Belə ki, TFF "Qalatasaray"ın baş məşqçisi O.Buruku 1, "Fənərbağça"nın çalışdırıcısı J.Mourinyonu isə 4 oyunluq cəzalandırıb.

O.Buruk derbidən sonra keçirilmiş mətbuat konfransında etik olmayan açıqlamalarına görə cəza alıb. J.Mourinyo isə qarşılaşmanın final fitinin ardından hakimlərin paltardəyişmə otağına gələrək, təhqiramiz ifadələr işlətdiyinə görə cəzaya məruz qalıb.

Bundan başqa, "Fənərbağça"nın qarşıdakı iki səfər oyununu azarkeşsiz keçirməsi qərara alınıb.

Xatırladaq ki, "Qalatasaray" - "Fənərbağça" matçında qol səsi eşidilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.