İdman

Orxan Əliyev 144-cü matçında “25”i keçib

19 Fevral 2024 13:43
Baxış: 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Araz-Naxçıvan"ın futbolçusu Orxan Əliyev Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 29 yaşlı hücumçunun yubileyi Premyer Liqanın XXIII turuna təsadüf edib.

"Səbail"lə səfər görüşündə (2:2) dubla imza atan futbolçu öncə 25-ci, ardınca 26-cı qolunu vurub. O, çempionatda keçirdiyi 144-cü matçda "25"i keçib.

Əliyev bu qollarını üç klubda vurub. O, "Sumqayıt"da 14, "Araz-Naxçıvan"da 9, "Kəpəz"də 3 dəfə fərqlənib. Orxan Azərbaycan çempionatları tarixində ən azı 25 qol vuran 124-cü futbolçudur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.