İdman

Avropa çempionu sərbəst güləşçilərimiz vətənə qayıdıb - FOTO

1 Aprel 2022 08:17
0 Şərh     Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə yığma komandamız vətənə qayıdıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Heydər Əliyev adına hava limanında onları Azərbaycan Güləş Federasiyasının nümayəndələri və yaxınları qarşılayıblar.

Qeyd edək ki, Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq), Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.

Yekunda 159 xal toplayan yığma komanda hesabında Avropa çempionu olub.

Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 18 xal qabaqlayıb. Üçüncü yeri tutan Gürcüstan isə 133 xal toplayıb. Beləliklə, sərbəst güləş üzrə yığma 3-cü dəfə Avropanın ən güclü komandası adına sahib olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.