Cəmiyyət

Qəzalara səbəb olan görünməz yol nişanı gün üzünə çıxdı - Qurumlar lazımı tədbiri həyata keçirdi

13 Avqust 2021 14:22
0 Şərh     Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az bildirir ki, ötən gün avtosfer.az-a gələn şikayət əsasında yayımladığımız xəbər öz nəticəsini verib. Xan Şuşinski küçəsində ağacların dalında gizlənən yol nişanını artıq 150 metrdən görmək mümkündür. Belə ki, yol nişanının qarşısını bağlayan ağaclar budanaraq problem aradan qaldırılıb. 

Xatırladaq ki, Xan Şuşinski ilə Hənifə Ələsgərovanın kəsişdiyi nöqtədə hər gün qəzaların olması barədə redaksiyamıza şikayət göndərən oxuyucu buna səbəb olaraq yol nişanının görünməməsini göstərmişdi. Aidiyyatı qurumlara məslə ilə bağlı dəfələrlə şikayətçı olduğuqlarını bildirən vətəndaş hələ də problemin həll olunmadığını qeyd etmişdi. Yol üzrə ekspert Elməddin Muradlı da məsləyə açıqlama gətirərək, şikayətlərinə baxılmadığı halda zərərçəkənlərin aidiyyatı qurumlardan təzminat tələb edə biləcəklərini vurğulamışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.