Cəmiyyət

Şəhid Sərxan Məmmədov Vətən müharibəsində böyük şücaət göstərib - VİDEO

23 İyun 2021 17:24
2 Şərh     Baxış: 1 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük Vətən müharibəsində möhtəşəm qələbədə pay sahibi olanlardan biri də Yevlaxın Nemətabad kənd sakini Sərxan Məmmədovdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Sərxan Məmmədov 1993-cü il noyabrın 4-də anadan olub.

Hələ uşaq yaşlarından idmana böyük marağı olan Sərxan karate üzrə bir sıra nailiyyətlər qazanıb. Hərbi xidmətdə olarkən vətənpərvərliyi və nümunəvi davranışları ilə hər kəsin hörmətini qazanıb. 2020-ci ildə isə yenidən MAXE kimi ordu sıralarında xidmətə başlayır.

Sərxan Məmmədov Vətən müharibəsinə Tərtər -Suqovuşan istiqamətindən qoşulub. Ağır döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənə qan uddurub. O, ötən il oktyabrın 13-də döyüşlərin birində komandiri ilə birgə ən yüksək zirvəyə, şəhadətə yüksəlib.

Sərxan Məmmədov 2016-cı ildə Əfsanə Murtuzayeva ilə ailə qurub. Daim həyat yoldaşına torpaqlarımızı azad edərək, şəhid olmaq arzusunda olduğunu deyirmiş.

27 yaşında ən uca zirvəyə yüksələn Sərxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.