Cəmiyyət

Qələbə günü şəhid olan qəhrəman - VİDEO

21 İyun 2021 11:59
Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhid Şamxal Əlizadənin şəhadət yolu

Milli.Az Real TV-ə istinadən bildirir ki, ailəsinə bağlı olan, Vətənininə də bağlı olar. Bu bağlılıqdan doğan sevgi isə insanı ailəsində də, Vətənində də unudulmaz edir.

Heç zaman unudulmayacaq Vətən müharibəsi qəhrəmanlarından biri də Şamxal Əlizadədir.

O,1998-ci il Yanvar ayının 1-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. Ali təhsilini də bitirdikdən sonra 2016-17-ci illərdə həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsində könüllü olaraq "Vətən sağ olsun" deyərək döyüşlərə yollanib.

Silahdaşları ilə hünər meydanında qəhrəmanlıq göstərən Şamxal Əlizadə noyabrın 8-i şəhadətinə qovuşub.

Qeyd edək ki, Şəhidimiz Şamxal Əlizadə dekabrın 11-i doğulduğu Çobankənd kəndində dəfn olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.