Cəmiyyət

Binada yaşayan 96 ailə mənzilinə çıxarış ala bilmir - VİDEO

27 Aprel 2021 10:09
Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 39B ünvanında yaşayan sakinlər mənizlləri üçün çıxarış ala bilmirlər. 1992-ci ildən bu binada yaşayan vətəndaşlar problemlərinin həlli üçün bir neçə aidiyyatı qurumdan  müvafiq rəyi alsalar da, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti sözügedən aktı verməkdən imtina edib.

Söhbət Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 39B ünvanından gedir. Sakinlər deyirlər ki, 16 mərtəbəli, 2 bloklu binada yerləşən 96 mənzilin heç birinin çıxarışı yoxdur. Bina onlara 1992-ci ildə Bakı Şin zavod tərəfindən verilsə də, hazırda, necə deyərlər, havada qalıb.   

Hazırda əllərində sadəcə order olan bina sakinləri evlərinə çıxarış almaq məqsədilə bir neçə qurumdan müvafiq  rəyi götürüblər. Lakin bu dəfə də, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış binasına yanğın təhlükəsizliyi haqqında aktın verilməsindən imtina edib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Turqay Abbaslı "XəzərXəbər"ə bildirdi ki, sözügedən aktın verilməsi ilə bağlı sakinlərin müraciətinə baxılıb və çatışmazlıqlar var.

Qurumdan bildirildi ki, sakinlərə sözügüdən aktın verilməsi üçün sadalanan bütün problemlər aradan qaldırılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.