Cəmiyyət

Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib

21 Aprel 2021 16:22
Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov vəfat edib.

Milli.Az xəbər verir ki, o, bu gün koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, Q.Həsənov 1972-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, 23 il ərzində bir sıra sığorta şirkətlərində yüksək vəzifələrdə çalışıb.

Q.Həsənov 2017-ci ilin may ayından 2020-ci ilin sonuna kimi isə "Atasığorta" şirkətinin İdarə Heyəti sədrinin müavini və birinci müavini vəzifəsini tutub.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.