Cəmiyyət

Ağalarovlar Azərbaycanda yeni restoranlar AÇACAQ

16 Mart 2021 12:15
Baxış: 1 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Crocus Group" 2021-2022-ci illərdə Azərbaycanın restoran bazarında mövcudluğunu gücləndirəcək.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə holdinqin ortağı Emin Ağalarov "Kommersant"a açıqlamasında bildirib.

İş adamının sözlərinə görə, şirkət 2021-2022-ci illərdə restoran layihələrinə təxminən 1 milyard rubl sərmayə qoymağı planlaşdırır.

"Təkcə 2021-2022-ci illərdə Bakıda və "Sea Breeze Resort"da yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələrimiz artıq tanınmış markalardır: "Zafferano", "Edoko", "Forte Bello", "Fish Box", "Cafe Milano",- deyə Ağalarov qeyd edib.

Hazırda "Crocus Group" şirkətinin idarə etdiyi restoranların ümumi sayı 52-dir. 2020-ci ildə qrupun biznesinin restoran hissəsinin dövriyyəsi üç dəfə azalıb, iki il ərzində isə şirkət bu göstəricinin 70% artacağını gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.