Cəmiyyət

Masazırda yaşayış binasında yanğın olub

29 Noyabr 2020 20:24
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın şaxtasında elektrik naqilləri və sayğaclar yanıb. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təhlükəsiz əraziyə çıxarılıb. Yanğın söndürülüb

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.