Cəmiyyət

Deputat Arzu Nağıyev seçiciləri ilə görüşüb - FOTO

5 Sentyabr 2020 13:14
Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün 104 saylı Gədəbəy- Tovuz seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arzu Nağıyev seçicilərlə onlayn görüş keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə millət vəkili hər bir seçicinin müraciətlərini dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb.

Seçicilər millət vəkili ilə görüşdə əsasən kəndarası yolların təmiri, qazlaşdırılmamış kəndlərə qaz xəttinin çəkilişi, səhiyyə, sosial və məşğulluqla bağlı müraciətlər ediblər.

Müraciətlərin araşdırılaraq hərtərəfli öyrənilməsi barədə deputat köməkçisi Elşad İsmayılova tapşırıqlar verildi, qeyd edilən müraciətlər deputat tərəfindən nəzarətə götürülüb, həlli istiqamətində operativ şəkildə qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılacağı vurğulanıb.

Onlayn qəbulda iştirak edən seçicilər millət vəkilinə daim onlarla maraqlandığı, problemlərini diqqətdə saxlayaraq həll etdiyi üçün təşəkkürlərini ifadə ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.